AMEA Folklor İnstitutunda bu elm müəssisənin rəhbərliyi ilə AR Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin rəhbərliyi arasında elmi və praktik sahədə əməkdaşlığın perspektivləri ilə bağlı görüş keçirilib.
Görüşdə Folklor İnstitutu ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlığın daha da genişləndirilməsi, konkret layihələr üzrə əməkdaşlıq müqavilələrinin bağlanması, işçi qrupların yaradılması və digər məsələlər müzakirə edilib.
Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev indiyədək birgə həyata keçirilən işlərdən razılıq ifadə edib, bu əməkdaşlığın hər iki qurumun elmi-praktik fəaliyyəti üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir