Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.03.2023 16:08
  • A-
  • A
  • A+

Torpaqşünas alimlər “Qarabağa Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam rayonunda olublar

Torpaqşünas alimlər “Qarabağa Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam rayonunda olublar

“Qarabağa Böyük Qayıdış” proqramının bir hissəsi olaraq layihələrin həyata keçirilməsi prioritet məsələ kimi qarşıda duran əsas işlərdəndir. Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya  İnstitutu və “En Pro Sol” MMC arasında müqavilə bağlanılıb. Müqavilədə  məqsəd işğaldan azad olunmuş ərazilərdə meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası,əsasən torpaq və su tədqiqatları aparılmasıdır.

“Qarabağa Böyük Qayıdış” proqramı çərçivəsində respublikamız üçün strateji əhəmiyyət kəsb edən  layihənin icrası məqsədi ilə institutunun əməkdaşları və  şirkətinin nümayəndələri Ağdam rayonunda olublar. Əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə müasir torpaq tədqiqatlarının aparılması, əkinəyararlı torpaq sahələrinin su təsərrüfatı layihələrinə aid olan məlumatların əldə edilməsidir. Səfər zamanı vizual müşahidələr aparılıb, kəsimlər qoyulub və torpaq, su nümunələri götürülüb. Hazırda tədqiqat işləri davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: