Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

06.03.2023 16:25
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunda Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin II kurs magistrantları ilə görüş keçirilib

Zoologiya İnstitutunda Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin II kurs magistrantları ilə görüş keçirilib

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunda elmi-tədqiqat təcrübəsi keçən Bakı Dövlət Universitetinin biologiya fakültəsinin II kurs magistranları ilə görüş keçirilib.

Görüşdə institutun baş direktoru v.i.e., a.e.ü.f.d. Ələddin Eyvazov, elmi katib, b.ü.f.d. Sara Əliyeva, Təhsil şöbəsinin müdiri Şəfa Xasayeva və BDU-nun Zoologiya və Fiziologiya kafedrasının müdiri, b.ü.f.d. Əbülfəz Tağıyev iştirak edib. Bu zaman institutun laboratoriyaları və orada aparılan elmi-tədqiqat işləri ilə tanış olan tələbələr müxtəlif sualları cavablandırıb, tədqiqat müddəti ərzində yiyələndikləri praktiki vərdişlər haqqında ətraflı çıxış ediblər. İstehsalat təcrübəsi martın 16-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: