Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

09.03.2023 15:10
  • A-
  • A
  • A+

Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Ebu Reyhan əl-Biruninin 1050 illik yubileyi qeyd olunacaq

Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Ebu Reyhan əl-Biruninin 1050 illik yubileyi qeyd olunacaq

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Daşkəndə rəsmi səfəri çərçivəsində Özbəkistan Respublikası xarici işlər nazirinin müavini Baromjon Aloyev ilə görüşüb.

Akademik Şahin Mustafayev görüşdə Beynəlxalq Türk Akademiyasının prioritetləri və elmi layihələri haqqında məlumat verib. Özbəkistanın 2022-ci ildə Akademiyada müşahidəçi statusunu aldığını qeyd edən Ş.Mustafayev tərəflər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün Özbəkistanın Akademiyanın tamhüquqlu üzvü olmasının vacibliyindən danışıb.

B.Aloyev Özbəkistanın Türk Dövlətləri Təşkilatının (TDT) dönəm sədri kimi bir çox fəaliyyətlər planlaşdırdığını bildirib. O, TDT Katibliyinin təşəbbüsü ilə təşkil edilən beynəlxalq cədidizm konfransına göstərdiyi dəstəyə görə Beynəlxalq Türk Akademiyasına təşəkkürünü bildirib.

Akademiyanın Özbəkistanla bağlı gündəmdə olan məsələlərə hərtərəfli dəstək verəcəyinə əminliyini ifadə edən nazir Akademiya ilə sıx əlaqələr qurmağa hazır olduqlarını vurğulayıb.

Tərəflər Türk və İslam dünyasının böyük simalarından olan Ebu Reyhan əl-Biruninin 1050 illik yubileyi münasibətilə birgə tədbir təşkil etmək barədə razılığa gəliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: