Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

10.03.2023 12:26
  • A-
  • A
  • A+

Kürün Neftçaladan keçən hissəsində arxeoloji nümunələr tapılıb

Kürün Neftçaladan keçən hissəsində arxeoloji nümunələr tapılıb

Kür çayında suyun səviyyəsinin aşağı düşməsi nəticəsində çayın Neftçala rayonunun Şorkənd kəndi ərazisindən keçən hissəsində arxeoloji əlamət daşıyan maddi-mədəniyyət nümunələrinin fraqmentləri aşkar edilib.

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, bununla bağlı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən həmin əraziyə baxış keçiriləcək:

Baxışın nəticəsinə uyğun olaraq müvafiq addımlar atılacaq, daha sonra arxeoloji materiallar aidiyyəti üzrə təhvil veriləcək.

  • Paylaş: