Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.03.2023 15:40
  • A-
  • A
  • A+

Ağalı kəndində “Novruz mühazirəsi” keçirilib

Ağalı kəndində “Novruz mühazirəsi” keçirilib

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Zəngilan rayonu Ağalı kəndində “Novruz mühazirəsi” keçirilib.

Tədbiri açan yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli bu tarixi günə görə şəhidlərimizə, Ali Baş Komandana borclu olduğumuzu söyləyib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında sıx birləşən ordumuzun rəşadəti sayəsində qazanılan qələbədən danışıb. Nazir müavini “Novruz mühazirəsi”nin işğaldan azad olunan Zəngilanda keçirilməsinin tarixi əhəmiyyətini də diqqətə çatdırıb. O, “Novruz mühazirələri”nin ənənə halı aldığını və Ağalıda ilk dəfə keçirilən mühazirənin gənc nəslə vətənpərvərlik, milli-mənəvi dəyərlərin aşılanması baxımından faydalı olduğunu bildirib.

Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli “Müsəlman dünyasının ortaq bayramı Novruz” adlı məruzə ilə çıxış edib.

Sonra AMEA-nın Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovun “Qələbədən böyük qayıdışa” mövzusunda mühazirəsi dinlənilib. Professor mühazirədə 44 günlük müharibədə ölkəmizin əldə etdiyi qələbədən, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətindən və Prezident İlham Əliyevin bu siyasəti davam etdirməsi nəticəsində ölkəmizin qazandığı zəfərdən danışıb.

Kərim Şükürov institutun nəşr etdirdiyi kitablardan Ağalı məktəbinə bağışlanacağını, növbəti illərdə kənddə mühazirələrin artırılacağını deyib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Aydın Mirzəzadə və Ceyhun Məmmədov “Novruz mühazirələri”nin Ağalıda təşkil olunmasının vacibliyindən söz açıblar. Bildiriblər ki, bu tarixin cəmiyyət üçün olduqca böyük əhəmiyyəti var. Ağalı daha da inkişaf edəcək, burada daha irimiqyaslı layihələr həyata keçiriləcək.

Aydın Mirzəzadə Vətən müharibəsinə həsr etdiyi kitabları Ağalı kənd məktəbinə hədiyyə edib.

Mühazirədən sonra Ağalı kəndində “Heydər Əliyev - 100” kampaniyası çərçivəsində ağaclar əkilib.

Yekunda tonqal ətrafında musiqi nömrələri səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: