AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynovun oğlu Cəlil Hüseynov müvafiq ixtisas üzrə reytinqlərdə 6-cı olan Sinqapur Milli Universitetinə (National University of Singapore) qəbul olub.
Cəlil Hüseynov Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdidir.
Cəlil Hüseynovun Respublika Fənn Olimpiadaları nailiyyətləri:
2021-2022-ci tədris ili qızıl medal;
2020-2021-ci tədris ili qızıl medal;
2019-2020-ci tədris ili bürünc medal.
Beynəlxalq Olimpiada nailiyyətləri:
CMO - Qafqaz Riyaziyyat Olimpiadası 2021 qızıl medal;
JBMO - Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası 2021 qızıl medal;
ILO - Beynəlxalq Lütfi Zadə adına Olimpiada 2021 gümüş medal;
EMC - Avropa Riyaziyyat Kuboku Müsabiqəsi 2022 gümüş medal;
BMO - Balkan Riyaziyyat Olimpiadası 2022 gümüş medal;
JBMO - Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası 2020 bürünc medal;
IZHO - Beynəlxalq Jautikov Olimpiadası (riyaziyyat) 2022 bürünc medal;
IMO - Beynəlxalq Riyaziyyat Olimpiadası 2022 bürünc medal;
IZHO - Beynəlxalq Jautikov Olimpiadası (riyaziyyat) 2023 bürünc medal.
Cəlil Hüseynovu təbrik edirik!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.