Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Mikrobiologiya İnstitutu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş III respublika müsabiqəsi keçirir
02.04.2023 15:02
  • A-
  • A
  • A+

Mikrobiologiya İnstitutu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş III respublika müsabiqəsi keçirir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş III respublika müsabiqəsi elan edir. Layihə müasir təhsil sisteminin əsas strateji məqsədlərini nəzərə alaraq təşkil edilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin mikrobiologiya elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri və təcrübi biliklərin təkmilləşdirilməsi, yaradıcı təfəkkürün inkişafına xidmət edən qabiliyyətlərin aşkara çıxarılmasıdır.

Məktəblilər arasında Mikroorqanizmlər uşaqların gözü ilə” adlı mövzuda keçiriləcək müsabiqədə respublikamızın ümumtəhsil məktəb və liseylərində təhsil alan V və XI sinif şagirdləri mikroorqanizmlərin (bakteriya və göbələklər) ekologiyası, təbiətdə və insan həyatında rolu, quruluşu, xeyirli və zərərli təsirlərinə və digər xüsusiyyətlərinə həsr olunmuş əl işləriylə (rəsm, maket, tikiş, heykəl) iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan əl işləri 24 aprel 2023-cü il tarixinədək qəbul edilir.

Müsabiqəyə təqdim edilmiş işlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinin qərarına əsasən I, II və III yerin qaliblərinə diplom və pul mükafatı,əl işləri xüsusi seçilən şagirdlərə isə sertifikatlar veriləcək. Müsabiqədə xüsusi seçilən şagirdlərin müəllimlərinə diplomlar, çalışdıqları təhsil müəssəsinə təşəkkürnamənin verilməsi nəzərdə tutulub.

Müsabiqənin nəticələrinin elanı 3 may 2023-cü il tarixində Mikrobiologiya İnstitutunda təşkil olunacaq yekun iclasda açıqlanacaq.

Əlavə məlumat üçün tel.: (+994 12) 502 43 59, (+994 12) 502 44 70, (+994 50) 338 28 45

E-mail: aqil.ahmedli99@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: