AMEA Elmi İnnovasiyalar Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondunun prezidenti, professor Mansur Hüseyn Sumro ilə görüş keçirilib.
Görüşdə qonağa mərkəzin fəaliyyəti, burada görülən işlərlə bağlı məlumat verilib.
Professor M.Sumro təmsil etdiyi qurumun fəaliyyəti, təşkilata üzv ölkələr arasında elmi əməkdaşlığın istiqamətləri barədə söz açıb.
Sonra birgə əməkdaşlığa dair müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir