Almanyanın Frankfurt şəhərində “7-ci beynəlxalq Avropa fənlərarası elmi tədqiqatlar konqresi” keçirilib.
“Zoom” platforması üzərindən baş tutan konfransda Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun (AKİ) Triboloji xassələrə malik üzvi birləşmələr laboratoriyasının mühəndisi Şəfa Kazımzadə “Kükürd və bor saxlayan birləşmələr sürtkü yağlarına sürtünməyə qarşı aşqar kimi” mövzusunda məruzə edib, konfrans iştirakçılarının suallarını cavablandırıb.
Məruzə transmissiya yağlarının keyfiyyət göstəricilərini yaxşılaşdırmaq üçün əlavə edilən aşqarlardan bəhs edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.