Ulu Öndər Heydər Əliyevin 102 illik yubileyi münasibətilə AR Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə gənclər elmi-praktiki çöl tədqiqatlarında iştirak ediblər.
Məqsəd Qobustan Milli Tarix-Bədii Qoruğu və Palçıq Vulkanları Turizm Kompleksinin ərazilərində elmi-praktiki çöl tədqiqatlarının aparılması olub.
Tədbirdə iştirak edən institutun elmi katibi c.ü.f.d dosent Səidə Zeynalova ərazinin geomorfoloji xüsusiyyətləri və landşaftı, aparıcı elmi işçi c.ü.f.d. dosent Elina Kərimova palçıq vulkanlarının yayılma areallarını, onların region üçün turizm əhəmiyyəti haqqında iştirakçılara geniş məlumat verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.