Koreya Respublikasının Azərbaycandakı səfirinin müavini Tae Yun Youl və səfirliyin birinci katibi Park Junq Doo AMEA Fizika İnstitutunda olublar.
Qonaqlar AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən, Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovla görüşüblər.
Məqsəd Fizika İnstitutunda alimlərin tədqiqat işləri aparması üçün yaradılan şəraitlə tanış olmaq, aparılan elmi tədqiqatlar haqqında məlumat almaq idi.
Geniş fikir mübadiləsi aparılan görüşdə institutun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov və fizika-riyaziyyat elmləri doktoru Oqtay Qasımov da iştirak ediblər.
Sonra qonaqlar innovasiya sektorunda müasir avadanlıqlarla tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir