Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

31.03.2023 11:26
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda “Açıq qapı” günü keçirilib

Radiasiya Problemləri İnstitutunda “Açıq qapı” günü keçirilib

AR Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 27 mart – Elm gününə həsr olunmuş “Açıq qapı” günü keçirilib.

Bu münasibətlə Bakı şəhərində yerləşən 193 saylı orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə görüş təşkil olunub.

Görüşdə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev qonaqları salamlayıb, onlara Azərbaycanda və dünyada radiasiya elmi və institutun tarixi haqqında məlumat verib. Gələcəyin alimləri olan şagirdləri elmə dəvət edən və daim elm öyrənməyə çağıran İ.Mustafayev institut əməkdaşlarının da elmi biliklərin öyrədilməsi prosesində aktiv və həvəsli olacağını ifadə edib.

Sonra çıxış edən institutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva şagirdlərə Radiasiya Problemləri İnstitutunun elmi tədqiqat istiqamətləri və əldə olunan nəticələr, yeniliklər və beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib.

Görüşdə daha sonra institutun gənc alimi, fizika üzrə fəlsəfə doktoru Rəxşanə Məmişova “Radiasiya təhlükəsizliyinin əsasları” adlı məruzə ilə çıxış edib.

Sonda müəllim və şagird heyəti institutun elmi tədqiqat laboratoriyaları və onların iş prosesi ilə yaxından tanış olub, eləcə də alimlər tərəfindən şagirdlərin çoxsaylı sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: