Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.03.2023 12:32
  • A-
  • A
  • A+

“Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib

“Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib

Sabunçu rayon İcra Hakimiyyəti və YAP-ın Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP-ın Sabunçu rayon təşkilatının inzibati binasında “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.

Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Azərbaycan Yazıçılar Birliyi, Rusiya Yazıçılar İttifaqının üzvü, Prezident təqaüdçüsü, b.ü.f.d., dosent Sadıq Qarayev, AMEA-nın Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru İlham Həsənov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, Sabunçu rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vəli Qaraçaylı, jurnalist Əlirza Xələfi və b. iştirak ediblər.

Konfransda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, həmçinin “Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur”, “Heydər Əliyevin Azərbaycançılıq ideyalarının və dövlətçilik konsepsiyasının elmi, fəlsəfi əsasları”, “Heydər Əliyev ideyaları və Azərbaycançılıq məfkurəsi müasir ədəbiyyatda: yazıçı-alim Sadıq Qarayevin “Sahilsiz Təzadlar”, “Sahibsiz kölgələr”, “Sarvansız zamanlar” əsərlərinin nümunəsində” mövzularında alimlər, yazıçılar və ziyalılar çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: