Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.
Tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açıb. Alim qeyd edib ki, 31 mart soyqırımı erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törədilən soyqırımı siyasətinin ən qanlı faciələrindən biridir. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla erməni millətçilərinin cinayətkar əməllərinə hərtərəfli siyasi qiymət verilib.
Çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı qeyd edib ki, Azərbaycanın müstəqilliyini boğmaq, milli demokratik qüvvələrə ağır zərbə vurmaq məqsədi ilə təşkil olunmuş bu soyqırımı Azərbaycan xalqının tarixinə qan yaddaşı kimi həkk olunub. Xalqımız bu tarixi əsrlər keçsə belə unuda bilməyəcək.
Tədbirin sonunda soyqırımı gününə həsr olunmuş video rolik nümayiş olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.