Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

31.03.2023 16:23
  • A-
  • A
  • A+

Rusiyalı alim Mikrobiologiya İnstitutunda qonaq olub

Rusiyalı alim Mikrobiologiya İnstitutunda qonaq olub

Martın 31-də rusiyalı alim, Rusiya Elmlər Akademiyasının Biotexnologiyanın Fundamental Əsasları federal tədqiqat mərkəzinin S.N.Vinoqradarski adına Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, “Mikrobiologiya” jurnalının baş redaktoru, b.e.d. Nikolay Vladimiroviç Pimenov AR ETN-nin Mikrobiologiya İnstitutunda olub.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov qonağı müəssisə ilə tanış edib, qurumun əsas fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri, görülən işlər barəsində məlumat verib.

Daha sonra qonaq institutun laboratoriyalarında aparılan elmi-tədqiqat işləri ilə tanış olub. Tanışlıq zamanı N.V.Pimenov da öz institutlarında görülən işlərlə bağlı laboratoriya müdirləri qarşısında təqdimatla çıxış edib.

Çıxış maraqla dinlənilib və alimləri maraqlandıran sualları cavablandırılıb.

Sonda müzakirələrin nəticəsi kimi əməkdaşlıq haqında müqavilənin bağlanmasına görə ilkin razılığa gəlinib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: