Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.04.2023 18:21
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzində 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Lənkəran Regional Elmi Mərkəzində 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (LREM) 31 Mart soyqırımı ilə bağlı anım tədbiri keçirilib.

Əvvəlcə mərkəzin əməkdaşları Lənkəran şəhərində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, onların xatirəsini yad ediblər.

Lənkəran Regional Elmi Mərkəzində keçirilən tədbiri baş direktor, aqrar elmlər doktoru,  professor Fərman Quliyev açıb, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fərman Quliyev bildirib ki,  “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoyub, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin əsas məqsədlərinə çeviriblər. Təkcə ötən əsrdə Azərbaycan xalqı dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən qeyri-insani, qəddarlıqla müşayiət olunan soyqırıma və deportasiyaya məruz qalıb.1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirib. Sonrakı günlərdə  Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də ermənilər tərəfindən qanlı faciələr törədilib. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilib, məscidlər, məktəblər yandırılıb və dağıdılıb. F.Quliyev Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə xüsusi diqqət yetirildiyini, erməni millətçiləri tərəfindən xalqımıza qarşı illərlə yürüdülən soyqırımı və deportasiya siyasətinin mahiyyətinin bütünlüklə ifşa olunduğunu diqqətə çatdırıb.

Tədbirdə Tarix və ədəbiyyat şöbəsinin müdiri, AJB-nin üzvü Sərraf Talıbov “Lənkəranda mart soyqırımı” mövzusunda geniş məruzə edib.

Məruzə ətrafında LREM-in elmi işlər üzrə direktor müavini, b.ü.f.d., dosent Sevinc Hüseynova, elmi katib, fil.ü.f.d. Mehman Əliyev, aparıcı elmi işçi, tar.ü.f.d. Mayis Cəfərov, Lənkəran Dövlət Universitetinin magistrantı Miribrahim Cabbarov və başqaları çıxış edərək erməni daşnaklarının və onların havadarlarının ölkəmizdə, o cümlədən Lənkəran qəzasında törətdikləri qırğınlar, apardıqları soyqırımı siyasəti və onun nəticələri barədə ətraflı söhbət açıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: