Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

14.04.2023 11:09
  • A-
  • A
  • A+

Tibbi informatika sahəsində İnformasiya Texnologiyaları İnstitutu və Deggendorf Texniki Universiteti arasında elmi əməkdaşlıq məsələləri müzakirə olunub

Tibbi informatika sahəsində İnformasiya Texnologiyaları İnstitutu və Deggendorf Texniki Universiteti arasında elmi əməkdaşlıq məsələləri müzakirə olunub

Almaniyanın Deggendorf Texniki Universitetinin professorları – Siegfried Jedamzik və Horst Kunhardt, bu elmi qurumda tibbi informatika üzrə təhsil alan azərbaycanlı tələbə Fidan Rəhimli və İnformasiya Texnologiyaları İnstitutunun bir qrup əməkdaşı arasında onlayn görüş keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev, icraçı direktor, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdirləri, AMEA-nın müxbir üzvləri Məsumə Məmmədova, Ramiz Alıquliyev və AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev iştirak ediblər.

Görüşdə tibbi informatika, e-tibb, süni intellekt, Big Data, kibertəhlükəsizlik, IV Sənaye inqilabı və rəqəmsal transformasiyalar kontekstində tibbi məlumatların toplanması, intellektual emalı və s. kimi məsələlər müzakirə olunub.

Eyni zamanda, görüş çərçivəsində müvafiq istiqamətdə əməkdaşlıq münasibətlərinin qurulması perspektivləri, tibbdə İKT-nin tətbiqi sahəsində Almaniyanın təcrübəsi, xüsusən yüksəkixtisaslı kadrların hazırlanması, kadr mübadiləsi, hər iki qurumun alim və mütəxəssislərinin iştirakı ilə tədqiqatların aparılması, qrant layihələrində birgə iştirak, elmi seminarların təşkili, əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması və s. ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: