Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-da “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda konfrans keçiriləcək
17.04.2023 11:45
  • A-
  • A
  • A+

AMEA-da “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda konfrans keçiriləcək

Aprelin 19-da saat 14:00-da AMEA-nın Əsas binasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Tədbir AMEA-nın Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfransda “Heydər Əliyevə həsr olunmuş yeni rəngkarlıq əsərləri”, “Azərbaycan mədəniyyətində Heydər Əliyev fenomeni”, “Təsviri sənətdə Heydər Əliyev obrazının simvolik təcəssümü” və digər mövzularda məruzələr dinləniləcək.

Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti 115 (IV mərtəbə, Elektron zal)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: