Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2023 15:40
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda Ulu Öndərə həsr olunmuş tədbir keçirilib

Dendrologiya İnstitutunda Ulu Öndərə həsr olunmuş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı tədbir keçirilib.

Rəsmi tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.                                                                                                           

Dendrologiya İnstitutunun baş direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkənin dövlətçilik tarixində müstəsna xidmətlərindən söz açaraq, dünya şöhrətli siyasi xadimin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada layiqincə təmsil etdiyini bildirib. Azərbaycanın çoxəsrlik tarixinin qəhrəmanına çevrilmiş Ümummilli Liderin ölkəmizin inkişafında və xalqımızın mənəvi təkamülündə həyata keçirdiyi hər bir tədbirin böyük bir tarix olduğunu söyləyib.                                                        

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, HİK-nin sədri Tünzalə Zeyvəliyeva çıxışını hazırladığı film vasitəsilə çatdırıb. Filmdə Ulu Öndər Heydər Əliyevin tarix yaradan dahi şəxsiyyətin ömür yolundan, həyatının zaman-zaman xatırlanacaq qəhrəmanlıq anlarından, mənalı həyatının hər günü, hər anı unudulmaz tarixindən bəhs edib.                                                      

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixində gördüyü misilsiz xidmətlərindən, zəngin həyat və idarəçilik təcrübəsindən, böyük xilaskarlıq missiyasından danışıb.

Daha sonra institut əməkdaşları Ekologiya və iqlimləşdirmə şöbəsinin müdiri, b.ü.f.d. Hüseynağa Əsədov, Bəzək memarlğı laboratoriyasının müdiri, b.ü.f.d, Şəlalə Gülməmmədova, b.ü.f.d. Afiq Qazıyev, a.e.ü.f.d. Mərdan Tağıyev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında söhbət açaraq, vətən və xalq qarşısında xidmətlərindən danışıb, bu görkəmli şəxsiyyətin xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşadığını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: