2020-ci ildən etibarən Beynəlxalq Muzeylər Günü hər il BMT-nin dayanıqlı inkişaf sahəsində müəyyən etdiyi bir sıra əsas müddəaları dəstəkləyir. Muzeylər cəmiyyətimizin rifahına və dayanıqlı inkişafına mühüm töhfələr verir. İnsanlar muzeylərə güvənir, onları sosial həyatın sütunu kimi qəbul edir və bu onları ardıcıl pozitiv dəyişikliklərin potensial bələdçisi edir.
“Muzeylər, dayanıqlılıq və rifah” devizi altında 18 may 2023-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı və “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin dəstəyi ilə “18 may-Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş “Qlobal sağlamlıq və xoş rifah” şüarı altında fiziki məhdudiyyəti olan şəxslər üçün Beynəlxalq Qrossmeyster Zeynəb Məmmədyarovanın iştirakı ilə şahmat seansı keçiriləcək.
Tədbir 18 may 2023-cü il tarixində muzeyin böyük konfrans zalında saat 13:00-da baş tutacaq.
Tədbirə giriş sərbəstdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.