Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.05.2023 12:02
  • A-
  • A
  • A+

Nizami Muzeyində BDU tələbələrinin iştirakı ilə Məmməd Əmin Rəsulzadəyə həsr olunan seminar məşğələsi keçirilib

Nizami Muzeyində BDU tələbələrinin iştirakı ilə Məmməd Əmin Rəsulzadəyə həsr olunan seminar məşğələsi keçirilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində istehsalat təcrübəsi keçən Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan siyasətçi və publisist, milli istiqlal hərəkatının fəallarından olan Məmməd Əmin Rəsulzadə haqqında növbəti seminar məşğələsi keçirilib.

Məruzəni muzeyin Yeni və müasir Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Göyərçin Mustafayeva təqdim edib.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 105-ci ildönümü ərəfəsində keçirilən seminarda bir çox ziyalıların yаrаdıcılığındа milli istiqlаl idеyаlаrının ifadəsi barədə danışılıb. Bildirilib ki, bu ziyalılar Аzərbаycаn xаlqını, оnun mədəniyyətini, ədəbiyyаtını, еlmini yüksəklərə qаldırаn böyük şəxsiyyətlərdir və onların yаrаtdığı əsərlər Аzərbаycаn xаlqının milli sərvətidir.

Məruzəçi belə ziyalılardan biri olan M.Ə.Rəsulzadənin mədəniyyət, tarix və ədəbiyyat problemlərinə həsr etmiş elmi əsərləri, məqalə və məruzələri ilə xalqı azadlığa və istiqlala səsləyən şeirləri haqqında dinləyicilərə məlumat verib.

Seminarda, həmçinin Məmməd Əmin Rəsulzadənin əsərlərindən nümunələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: