Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

22.05.2023 15:40
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda Özbəkistandan gələn bir qrup alim və müəllim heyəti ilə görüş keçirilib

Ədəbiyyat İnstitutunda Özbəkistandan gələn bir qrup alim və müəllim heyəti ilə görüş keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistandan gələn bir qrup alim və müəllim heyəti ilə görüş keçirilib.

Termiz Dövlət Universitetinin, Səmərqənd Dövlət Universitetinin, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin professor və müəllim heyətindən ibarət qonaqlar müəssisənin Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri, Nizamişünaslıq, Mətbuat tarixi və publisistika, Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı və digər şöbələrində olublar.

Qonaqlar Ədəbiyyat İnstitutunun icraçı direktoru Mehman Həsənli, elmi katibi Aygün Bağırlı və şöbə müdiri Almaz Ülvi ilə görüşüb, elmi-ədəbi mülahizələr aparıblar. Qonaqlardan  Əzimidin Normamatoviç, Yuldaşev Normat Temiroviç, Berdimurodova Maksuda Rəhmətovna, Akbotayev Batır Haydaroviç, Hümmətova Gözəl Əmirqulovna, Xudaymuradova Hürriyyət Muhiddinovna, Haitova Yulduz Oktamovna, Curakulova Gülnaz Şavkatovnaya  Ədəbiyyat İnstitutunun yeni nəşrləri təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: