Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.05.2023 14:10
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Elmi məqaləni necə yazmalı!” adlı seminar keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Elmi məqaləni necə yazmalı!” adlı seminar keçirilib

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 1 saylı laboratoriyasının elmi işçisi, sözügedən müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Günel Əzimovanın təqdimatında gənc tədqiqatçıların elmi təqdimat bacarıqlarının və beynəlxalq bazalarda indeksləşən jurnallarda çap olunmanın artırılması məqsədilə “Elmi məqaləni necə yazmalı!” adlı seminar keçirilib.

Günel Əzimova seminarda “Məqalənin strukturu”, “Keyfiyyətli məqalə necə olmalıdır”, “Məqalənin tərtibinə qoyulmuş tələblər”, “Jurnalda etik standartlar”, “Yerli və xarici jurnalların ümumi standartları” və s. kimi maraqlı mövzulara toxunub.

Tədbirdə təcrübəçilər, magistrantlar, doktorantlar, eyni zamanda institutun bir sıra təcrübəli əməkdaşları da iştirak ediblər. Sonra auditoriya tərəfindən mövzu haqqında verilən suallara Günel Əzimova ətraflı cavab verib. Çıxış etdiyi məruzə dinləyicilər tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: