Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.05.2023 14:14
  • A-
  • A
  • A+

“Heydər Əliyev və Azərbaycan neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq konfrans başa çatıb

“Heydər Əliyev və Azərbaycan neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq konfrans başa çatıb

AR Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans başa çatıb.

Holiday Inn Bakuotelində keçirilən konfransda “Neft və qaz yataqlarının geologiyası, geokimyası, axtarışı və kəşfiyyatı, karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi və karbohidrogen sistemlərinin modelləşdirilməsi”, “Neft və qazın axtarışı və kəşfiyyatının geofiziki üsulları və müasir texnologiyaları”, “Neft və qaz yataqların işlənməsi, quyuların qazılması və süxurların mexanikası” mövzularında elmi sessiyalar və “Yerin deqazasiyası, istixana qazlarının emissiyaları və karbon qazının basdırılması şəraiti” adlı elmi forum keçirilib.

Konfransda Neft və Qaz İnstitutunun icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanov “Şimal Abşeron qalxma zonasının dərinlik üzrə Mezo-Kaynozoy çöküntülərinin kollektor xüsusiyyətləri haqqında”, Orta Doğu Texniki Universitetinin professoru Mahmut Parlaktuna “Cənubi Xəzər dənizinin təbii qaz hidrat potensialının tədqiqi”, Gürcüstan Texniki Universitetinin professoru Teymuraz Barabadze “Gürcüstanda qaz qovşağının yaradılması layihəsi” və Tel-Əviv Universitetinin professoru Lev Eppelbaum “Yer qabığındakı böyük gərginliklər və yeraltı karbohidrogen boru kəmərinin aşkarlanması” mövzularında məruzələrlə çıxış ediblər.

Konfransın sonunda gənc alim və mütəxəssislərdən Məryəm Mirzoyeva “Acınohur perspektivliyi ehtimal olunan neft-qaz rayonunun qravitasiya sahə məlumatlarının ədədi analizi”, Nərminə Təhlətli “2010-2020-ci illər ərzində Azərbaycanda palçıq vulkanları ətrafında gərginlik vəziyyətinin qiymətləndirilməsi”, Tural Məmmədov “İstismar quyularında istilik ötürmə prosesinə nəzarətin əhəmiyyəti və bu əməliyyatlarla bağlı problemlər haqqında” və Rahilə Əliyeva “Azərbaycanın azkarbonlu inkişaf strategiyasında avtomobil nəqliyyatının rolu” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbir iştirakçıları, həmçinin Daşgil palçıq vulkanına səfər ediblər. Ekspedisiyada Cənubi Xəzər hövzəsinin karbohidrogen sisteminin elementləri, eləcə də təbii qazın yer səthinə sızmaları müşahidə edilib. Neftli-qazlı süxurların yer səthinə və təbii çıxışlarına baxış keçirilib. Konfrans iştirakçılarına geoloji proseslər və vulkanların fəaliyyətinin nəticələri və onun tarixi və unikal xüsusiyyətləri haqqında məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: