Gürcüstan Texniki Universitetinin nümayəndələri AR Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunda olublar.
Görüşdə Neft və Qaz İnstitutu tərəfindən baş direktor, akademik Fəxrəddin Qədirov, elmi katib, y.e.f.d. Şəlalə Hüseynova və Gürcüstan Texniki Universiteti tərəfindən Teymuraz Barabadze, Nana Xundadze, İrakliy Qudjabidze və Camal Soloqaşvili iştirak edib.
Görüş zamanı tərəflər arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, nəzəri, laboratoriya tədqiqatları, habelə ekspedisiya işləri zamanı prioritet istiqamətlər üzrə elmi-tədqiqat əməkdaşlıq planlaşdırılıb.
Müştərək elmi konfransların, simpoziumların, seminarların və işçi görüşlərin təşkili, eləcə də birgə elmi-tədqiqat işləri zamanı əldə edilmiş elmi, texniki, metodiki, iqtisadi və digər nəticələr monoqrafiya, məqalə və konfrans materialları şəklində birgə illik hesabatlarda istifadə olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.