Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunmuş “Zirvədən zirvəyə və əbədiyyətə” adlı elmi sessiya keçirildi.
Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən nəşrlərdən ibarət geniş sərgi nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan MEK-in direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli Azərbaycanı tarixi fəlakətlərdən xilas etmiş, müstəqil Azərbaycanın banisi, dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik ideyalarının hazırda onun ləyaqətli varisi, AR Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğuladı. Bildirdi ki, ulu öndərin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmiz müstəqilliyini qoruyub saxlamaqla yanaşı böyük uğurlara imza atıb. AMEA MEK-in rəhbəri alim və mütəxəssislərimiz tərəfindən Heydər Əliyev irsinin tədqiq olunduğunu, öyrənildiyini vurğuladı.
Tədbirdə kulturologiya üzrə fəlsəfə doktoru Fatimat Məmmədova “Heydər Əliyev və müstəqillik dövrünün ana dili problemləri” məruzəsi ilə çıxış etdi.
Heydər Əliyevin azərbaycan dilinə milli-mənəvi, mədəni sərvət kimi yanaşılması, nüfuzunun gücləndirilməsi, tədrisinə xüsusi diqqət yetirilməsi, ana dilli ədəbiyyatın miqyasının, keyfiyyətinin artırılması, elmi nəşrlərin çap olunmasına xüsusi diqqət ayırdığını qeyd etdi.
Sonra filologiya elmləri doktoru, professor Asif Rüstəmli “Heydər Əliyevin ədəbi irs təlimi” məruzəsi ilə çıxış etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.