Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

31.05.2023 11:02
  • A-
  • A
  • A+

Məktəblilər Tarix İnstitutunun qonağı olublar

Məktəblilər Tarix İnstitutunun qonağı olublar

Nizami rayonu 70 nömrəli məktəb-liseyin V,VII,VIII sinif şagirdləri AMEA-nın Tarix İnstitutunun qonağı olublar.

İnstitutun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev və elmi katib Ellada Bəkirova məktəblilərə Tarix İnstitutunda aparılan tədqiqatlar barədə ümumi məlumatlar verib, onları elmi-tədqiqat şöbələri ilə, institutun nəşrləri ilə tanış ediblər.

Görüşdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: