Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” beynəlxalq elmi konfransın materialları nəşr olunub
01.06.2023 17:08
  • A-
  • A
  • A+

“Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” beynəlxalq elmi konfransın materialları nəşr olunub

18-19 sentyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə Şuşada keçirilmiş “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransın materialları çap olunub.

Bu kitab II Qarabağ müharibəsi nəticəsində ölkəmizin işğaldan azad edilmiş ərazilərində keçirilmiş elmi tədbirin “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransın əsasında hazırlanıb. Kitabda açılış nitqi, konfrans iştirakçılarının məqalələri toplanıb. Həm konfransın, həm də onun materialları əsasında tərtib edilmiş bu kitabın əsas məqsədi Qarabağın, xüsusilə də Şuşanın bərpası, yenidən qurulması, qısa, orta və uzunmüddətli perspektivdə inkişafı ilə bağlı sosial-iqtisadi tədqiqatları stimullaşdırmaq, ölkəmizin elmi ictimaiyyətini bu məsələlərlə bağlı araşdırmalara daha geniş cəlb etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: