Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.06.2023 12:54
  • A-
  • A
  • A+

“Fəlsəfənin pandemiyası” mövzusunda ümuminstitut seminarı keçirilib

“Fəlsəfənin pandemiyası” mövzusunda ümuminstitut seminarı keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Fəlsəfənin pandemiyası” mövzusunda ümuminstitut seminarı keçirilib.

Seminarı f.e.d. Füzuli Qurbanov açaraq mövzunu təqdim etdikdən sonra məruzə üçün sözü fəlsəfə elmləri doktoru, professor Əli Abasova verib.

Məruzəçi Əli Abasov öncə “Fəlsəfənin pandemiyası” termininin mahiyyətini təhlil edərək, fəlsəfə elminin hardan gəldiyini, onun yaranma tarixi və inkişaf mərhələləri haqqında məlumat verib. Bundan başqa, dünya və insan arasında olan daima inkişafda olan sistemli əlaqələrin fəlsəfi mahiyyətinə toxunub. Ümumiyyətlə, bu sistemi üç mərhələdən fizika, metodologiya, etikadan ibarət olduğunu qeyd edib.

Professor pandemiya fəlsəfəsinin sivilizasiyaya etdiyi təsirlərdən və bütün dünyada yaranan ən böyük problemlərdən biri olan böhran və onun doğurduğu nəticələrdən danışıb.

Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, f.e.d., Rəfiqə Əzimova, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə və digər əməkdaşlar məruzəçiyə suallar verib, mövzu ətrafında fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: