Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib
06.06.2023 12:10
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirilib.

Tədbiri ŞAR-ın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova açaraq, gündəlikdə  duran  məsələlər  barədə  şura  üzvlərinə  məlumat  verib.

Yaş kriteriyası ilə bağlı tələbə uyğun olaraq şuranın idarə heyətinin yenidən formalaşdırılması və heyət üzvləri arasında vəzifə bölgüsü üçün seçkilər keçirilib. Seçkinin nəticəsinə əsasən Samirə Rəhimova sədr müavini, Aytac İskəndərova isə məsul katib seçilib.

Sonda bir sıra cari məsələlər, o cümlədən gənclərin elmi və elmi-təşkilati fəaliyyətinin daha səmərəli təşkili yolları müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: