Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

08.06.2023 10:08
  • A-
  • A
  • A+

Zoologiya və Mikrobiologiya institutları ilə Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında memorandum imzalanıb

Zoologiya və Mikrobiologiya institutları ilə Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında memorandum imzalanıb

Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinə işgüzar səfər çərçivəsində Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, Zoologiya İnstitutunun baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov və hər iki institutun nümayəndə heyəti Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovla görüşüb.

İcra başçısı qonaqları salamlayaraq bu formatda keçirilən görüşlərin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, görüşün əsas məqsədi Təhsil Kompleksi ilə institutlar arasında ikitərəfli sıx əməkdaşlığın qurulmasıdır.

Sonra səfər çərçivəsində Təhsil Kompleksi ilə yaxından tanış olan hər iki institutun nümayəndə heyəti ilə məktəbin kollektivi arasında görüş keçirilib və qarşılıqlı əlaqələrin qurulması barədə memorandum imzalanıb.

Daha sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısına və Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinə hədiyyələr təqdim olunub.

Sonda nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun ev-muzeyini ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: