AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 115 illik yubileyinə həsr edilmiş tədbir keçirib.
Mir Cəlal Paşayevə həsr olunmuş paneli giriş sözü ilə AMEA-nın Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov açaraq yubilyarın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib.
Sonra Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tehran Mustafayev Mir Cəlal Paşayevin bədii yaradıcılığını əhatə edən geniş məruzə edib.
Filologiya elmləri doktoru, professor Tahirə Məmməd Mir Cəlal Paşayevin alim kimi fəaliyyətindən və ədəbi-nəzəri görüşlərindən danışıb. Filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova yubliyarın yaradıcılığında müharibə mövzusundan söz açıb. Memarlıq və İncəsənət İnstitutunun doktorantı Fidan Rzayeva isə Mir Cəlalın səhnə əsərləri haqqında məlumat verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.