Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Elmi nəşrlərdə etik normalar” mövzusunda seminar keçiriləcək
09.06.2023 15:09
  • A-
  • A
  • A+

“Elmi nəşrlərdə etik normalar” mövzusunda seminar keçiriləcək

16 iyun 2023-cü il tarixində saat 15:00-da AMEA-da Elmi nəşrlərdə etik normalar” mövzusunda seminar keçiriləcək. 

Mərkəzi Elmi Kitabxanada təşkil olunacaq seminarda AMEA-nın “Elm” nəşriyyatının direktoru, Avropa Elmi Redaktorlar Assosiasiyasının (EASE – The European Association of Science Editors) Azərbaycan bölməsinin sədri, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov çıxış edəcək.

Tədbirdə nəşrin etikası, tədqiqatın dürüstlüyü, elmi nəşrlərdəki etik pozuntular, əlyazmaların hazırlanmasında tədqiqatçılardan gözlənilən standartlar, müəllifliyə etik yanaşmalar, istinadlar barədə məlumat veriləcək,  etik normaların qorunmasında müəlliflərin, redaktorların, rəyçilərin və naşirlərin öhdəlikləri izah ediləcək.

Mövzu ilə maraqlananlar seminarda iştirak edə bilərlər.

Ünvan: Bakı ş., H.Cavid pr. 129 (AMEA-nın Mərkəzi Elmi Kitabxananın Akademik zalı)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: