Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.06.2023 16:50
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Dendrologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktor v.i.e., b.ü.f.d., dosent Minarə Həsənovanın sədrliyi ilə keçirilən iclasda institutun şöbə və laboratoriyalarında yerinə yetirilən elmi tədqiqat işlərinin müzakirəsi aparılıb.

İclasda 8 laboratoriya və 7 şöbənin müdirləri rəhbərlik etdikləri laboratoriyaların elmi və elmi-pedaqoji fəaliyyəti, monitorinqlər və mövcud problemlər ətraflı müzakirə olunub.

İclasın gündəliyində institutun elmi tədqiqat laboratoriyalarında icra edilən elmi tədqiqat plan işlərinin 2023-cü ilin birinci yarımilliyi üzrə hesabatları dinlənilib. Laboratoriya əməkdaşlarının tədqiqat plan işləri lazımi səviyyədə aparıldığı respublikamızın müxtəlif regionlarına ekspedisiyalar təşkil edilməklə qlobal iqlim dəyişkənliklərinin flora zənginliyinə təsir xüsusiyyətləri araşdırıldığı və bitki növlərinin yeni ərazilərə introduksiya edilməsi uğurla öyrənildiyi vurğulanıb.

Elmi şuranın iclasının gündəliyində duran digər məsələ Dendrologiya İnstitutunun İctimai təşkilatlarla birgə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı 5 iyul 2023-cü il tarixində “Gəncliyimiz gələcəyimizdir” adlı sərginin təşkili üzrə görülən işlərin müzakirəsi olub. Sərginin yüksək səviyyədə keçirilməsi üçün lazımi tədbirlərin görüldüyü qeyd edilib.

İclasda institutun gənc alimi Pərvin Əsgərova Magnoliaceae Juss. fəsiləsindən Magnolia L..., Liriodendron L..., Yulania Spach cinsinə aid bəzi növlərin Abşeron şəraitində introduksiyası və iqlimləşdirilməsi mövzuda biologiya üzrə fəlsəfə doktoru elmi adı almaq üçün təqdim etdiyi dissertasiya işi müzakirə edilib və növbəti mərhələdə müdafiəyə təqdim edilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: