Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Qarabağ ekosistemlərinə antropogen faktorların və iqlim dəyişikliklərinin təsiri” mövzusunda konfrans keçiriləcək
29.08.2024 15:06
  • A-
  • A
  • A+

“Qarabağ ekosistemlərinə antropogen faktorların və iqlim dəyişikliklərinin təsiri” mövzusunda konfrans keçiriləcək

30 sentyabr 2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun təşkilatçılığı ilə “Qarabağ ekosistemlərinə antropogen faktorların və iqlim dəyişikliklərinin təsiri” mövzusunda konfrans keçiriləcək.

Konfrans “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub.

Tədbirin keçirilməsində əsas məqsəd, qlobal iqlim dəyişikliyinin ətraf mühitə və biomüxtəlifliyə təsirini öyrənərək, biologiya sahəsində çalışan alim və mütəxəssislərlə müzakirə etmək, innovativ çıxış yollarını axtarıb tapmaq üçün fikir mübadiləsi aparmaq, beynəlxalq təcrübəni bölüşməkdir.

Konfransın elmi istiqamətləri:

- Qlobal iqlim dəyişkənliyinin təbii və texnogen mənbələri;

- Qlobal iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri;

- Qarabağ ərazisində torpağın və su hövzələrinin çirklənməsində antropogen amillərin rolu;

- İqlim dəyişilməsi şəraitində qida təhlükəsizliyi və insan sağlamlığı;

- İqlim dəyişkənliyi şəraitində zərərverici həşərat və xəstəlik törədicilərin idarə olunması;

- Təbii bitki resursları və landşaft memarlığı;

- Nadir və nəsli kəsilməkdə olan bitkilərin müasir üsullarla çoxaldılması və reintroduksiyası;

- İstixana qazı emisyonları ve fosil yanacaqlardan istifadənin iqlim dəyişkənliyində rolu;

- İqlim dəyişkənliyi şəraitində ağıllı şəhər və kəndlərin salınmasının əhəmiyyəti;

- COP 29 - un ətraf mühitin mühafizəsi və bioloji tarazlığın bərpasında rolu.

Konfransın dili: ingilis, rus dili

Tezis və məqalələrin göndərildiyi məktubun mövzu yerində “Qarabağ ekosistemlərinə antropogen faktorların və iqlim dəyişikliklərinin təsiri” beynəlxaq konfrans sözlərinin yazılması tələb olunur. Tezis və məqalələrin faylının (word) adı birinci müəllifin latın hərfləri ilə yazılmış soyadı və adı ilə başlanmalıdır.

Məqalə və tezislərin tərtibat qaydaları.

Tezisin adından yuxarıda sağdan aid olduğu seksiyanın nömrəsi göstərilir və sonra bir sətir buraxılır.

Tezisin mətni: Tezislər Vörd A4 formatında, Arial 11 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoyulmaqla), sətirlərarası 1 olmaqla, ən çoxu 1 səhifə həcmində olmalıdır. Abzaslar arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir.

Tezisin adı ortadan böyük hərflərlə BOLD (qara) şriftlə, bir sətir buraxdıqdan sonra növbəti sətirdə ortadan BOLD şriftlə tezisin məlliflərinin ad və soyadları (ad açıq yazılır), bir sətir buraxdıqdan sonra ortadan italik şrifti ilə hər müəllifin iş yeri, ölkəsi, korrespondent* müəllifin e-mail ünvanı verilir.

Bir sətir buraxıldıqdan sonra abzasdan (abzas - 1 sm) adi şriftlə əsas mətn başlanır.

Tədqiqatın məqsədi: maks. 100 söz, material və metodlar: maks. 150 söz, nəticələr: maks. 200 söz. Konfransa göndərilən məqalələrin tam mətninin həcmi 5 səhifəni keçməməlidir. Tezis və məqalələr 29 avqust 2024-cü il tarixindən qəbul edilir. Tezis və məqalələrin göndərilməsi üçün son tarix 25 sentyabr 2024-cü ildir.

Tezislər aretn.dendrologiya.inst@gmail.com elektron ünvanına göndərilməlidir.

Tel.: (+994 51) 329 01 00; (+994 77) 300 31 73

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: