Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.07.2023 11:55
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutu işğaldan azad olunmuş ərazilərdə torpaq tədqiqatlarına başlayıb

Torpaqşünaslıq və Aqrokimya İnstitutu işğaldan azad olunmuş ərazilərdə torpaq tədqiqatlarına başlayıb

İşğaldan azad olunmuş ərazilərimizə “Böyük Qayıdışın” təmin edilməsi üçün Azərbaycan dövləti tərəfindən kompleks fəaliyyət planlarının hazırlanması ilə bərabər, artıq bu istiqamətdə olduqca əhəmiyyətli praktiki fəaliyyətlərə də başlanılıb. Qarabağın işğaldan azad edilmiş torpaqlarının tədqiqi məsələləri aqrar sahəyə aid elmi fəaliyyətlə məşğul olan alimlərin  üzərinə mühüm vəzifələr qoyur. 

Bu məqsədlə AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilə görüşüb. Görüş zamanı Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi fəaliyyəti və Tərtər rayonu ərazisində, xüsusilə rayonunun işğaldan azad olunmuş ərazilərində torpaq tədqiqatları aparmaq məqsədi ilə  qarşılıqlı iş prinsipi  haqqında  müzakirələr aparılıb. Həmçinin  AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Tərtər rayonunun elmi tədqiqat müəssisələri arasında birgə əməkdaşlığın yaradılması, elmi  araşdırmaların təşkili məsələləri müzakirə olunub.

Daha sonra ərazidə əkinə yararlı torpaqlarda bağaltı, taxılaltı sahələrindən torpaqların qiymətləndirilməsi məqsədilə analiz üçün torpaq nümunələri götürülüb. Tərtər rayonunun işğaldan azad olunmuş “Çaylı” kəndi  və digər ərazilərdən monitorinq məqsədi ilə torpaq nümunələri götürülüb və ərazi vizual olaraq tədqiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: