Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.07.2023 12:31
  • A-
  • A
  • A+

Fizika İnstitutunun gənc alimi ezamiyyətdə olub

Fizika İnstitutunun gənc alimi ezamiyyətdə olub

AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun gənc alimi, kiçik elmi işçi Zibeydə Haqverdiyeva Rusiyanın Dubna şəhərində elmi ezamiyyətdə olub.

O, Müstəqil Dövlətlər Birliyinin (MDB) Nanotexnologiyalar üzrə Beynəlxalq İnnovasiya Mərkəzinin təşkilatçılığı, MDB dövlətlərinin iştirakçısı olduğu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun  və Birləşmiş Nüvə Tədqiqatlar İnstitutunun (BNTİ) dəstəyi ilə “Gənc alim və mütəxəssislərin XVI təcrübə proqramı”nda iştirak edib. 

Proqram çərçivəsində gənc alim BNTİ-nin laboratoriyaları ilə tanış olub, tanınmış alimlərin məruzəsini dinləyib və digər mühüm tədbirlərdə iştirak edib.

Təlim zamanı gənc alim və mütəxəssislər qruplara ayrılaraq elmi və innovativ layihə hazırlayıb və təqdimatlar ediblər. Təcrübə proqramının yekununda Z.Haqverdiyeva tədbirdə iştirak etdiyi üçün diplomla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: