Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.07.2023 12:38
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşlarının regionlara səfəri davam edir

Coğrafiya İnstitutunun əməkdaşlarının regionlara səfəri davam edir

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı, elm və təhsil ocaqlarında dayanıqlı fəaliyyətin təşkili, idarə edilməsi, eləcə də dövlət siyasətinin həyata keçirilməsi, innovativ elm-təhsil klasterinin yaradılması və s. istiqamətdə müntəzəm olaraq Coğrafiya İnstitutu elmi-tədqiqat işləri aparır, mövcud problemləri işıqlandırır və onların aradan qaldırılması istiqamətində daim öz təklifləri ilə çıxış edir.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar regionlarında elmi potensialın, eləcə də təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində Ulu Öndərin gördüyü işlər, həyata keçirdiyi layihələr, regional görüşləri və s. ilə bağlı araşdırmalar aparılıb. Bu sahədə elmi bazanın gücləndirilməsi, innovasiyaların tətbiqi, təbii-coğrafi potensialın təsərrüfata cəlb edilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin xidmətləri yüksək qiymətləndirilib.

Bu istiqamətdə Gəncə şəhərində “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafında rolu” adlı tədbir keçirilib. Tədbirdə Coğrafiya İnstitutunun əməkdaşları ilə yanaşı, regionlarda fəaliyyət göstərən coğrafiyaçı alim və müəllimlər iştirak edib, öz dəyərli fikirlərini və regional problemləri tədbir iştirakçılarına çatdırıblar. Müxtəlif istiqamətləri əhatə edən mövzuların məntiqi nəticəsi kimi müasir dövrümüzdə sosial-iqtisadi inkişafın stimullaşdırılması, elm və təhsildə yeni dərsliklərin yazılması, əhali məskunlaşmasının demoqrafik inkişaf istiqamətləri, təsərrüfat sahələrinin dimanik tendensiyaları, təbii fəlakətlər və onların aradan qaldırılması yolları və s. istiqamətli çıxışlar iştirakçılar tərəfindən yüksək dəyərləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: