Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.07.2023 09:59
  • A-
  • A
  • A+

Akademik Tariyel Talıbov AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunub

Akademik Tariyel Talıbov AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunub

AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli və Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev AMEA-nın Naxçıvan Bölməsində olublar.

Görüş zamanı akademik Arif Həşimov Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanmasında Naxçıvan Bioresurslar İnstitutunun əməkdaşlarının əməyini yüksək qiymətləndirib. Qeyd edib ki, bu qiymətli əsərin ərsəyə gəlməsində akademik Tariyel Talıbov və onun elmimizə qazandırdığı ardıcıllarının böyük xidmətləri olmuşdur. Göstərdiyi səmərəli elmi fəaliyyəti nəzərə alınmaqla akademik Tariyel Talıbov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin elmi mətninin hazırlanmasında mühüm xidmətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 26 may 2023-cü il tarixli qərarı ilə AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib. Akademik Arif Həşimov bu münasibətlə Tariyel Talıbovu təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Fəxri fərmanı akademik Tariyel Talıbova təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: