Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.07.2023 13:59
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı beynəlxalq simpoziumda iştirak edib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı beynəlxalq simpoziumda iştirak edib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı, kimya üzrə fəlsəfə doktoru Sevinc Osmanova Belçikanın Louvain-la-Neuve şəhərində UCLouvain Universitetində keçirilmiş “13th International Symposium - Scientific Bases for the preparation of Heterogeneous Catalysts” (PREPA13) beynəlxalq simpoziumda iştirak edib.

O, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “HORİZON 2020” proqramı çərçivəsində Belçika, Almaniya, Niderland, İngiltərə, Fransa və Norveçin 9 elmi tədqiqat mərkəzləri və universitetləri  ilə birgə yerinə yetirdiyi layihə üzrə “Effect of the complexing agent - precursor on the activity of MnNaW/SiO2 catalysts for the oxidative conversion of methane” məruzəsi ilə çıxış edib.

Forum müddətində Avropanın bir sıra aparıcı universitetlərinin nümayəndələri ilə elmi əlaqələrin qurulması və birgə layihələrin işlənilməsi istiqamətində müzakirələr aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: