Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.07.2023 10:25
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi beynəlxalq yay məktəbində iştirak edib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi beynəlxalq yay məktəbində iştirak edib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Samirə Süleymanova “International Sustainable Chemistry Collaborative Centre” tərəfindən elan edilmiş səfər qrantının qalibi olub və 10-14 iyul 2023-cü il tarixlərində Almaniyanın Lüneburq Universitetində keçirilmiş “9th Summer School on Sustainable Chemistry for Sustainable Development” beynəlxalq yay məktəbində iştirak edib.

Proqram çərçivəsində Almaniya, İtaliya, İsveç, Hindistan, Tailand və bir sıra başqa ölkələrin tədqiqatçıları ilə birgə “Dayanıqlı Kimya” istiqamətində aparılmış müzakirə və  elmi debatlarda iştirak etmiş, “Holcim” şirkətinin gündəlik iş prinsipi ilə tanış olmuş və “Dynamics of structural evolution in a liquid-phase catalytic system for the hydroxylation of phenol to dihydroxybenzenes with hydrogen peroxide in the presence of iron-containing mordenite particles based on in situ DLS, FTIR and EMR data” məruzəsi ilə çıxış etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: