Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.07.2023 17:15
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzin əməkdaşı beynəlxalq şirkətin keçirdiyi master-klassda iştirak edib

Seysmoloji Mərkəzin əməkdaşı beynəlxalq şirkətin keçirdiyi master-klassda iştirak edib

Yer elmlərinə və digər elmlərə aid müxtəlif proqramların, modulların yaradılmasında liderlər sırasında olan dünyaca məşhur Seequent şirkəti iyulun 18-də Bakıda “Leapfrog Geo for Exploration” üzrə master-klass keçirib. Tədbirdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Qravimetriya şöbəsinin müdiri Elçin Bağırov da iştirak edib.

Ayrı-ayrı təşkilatlardan olan 30-dan artıq nümayəndənin iştirak etdiyi tədbirdə qlobal infrastruktur layihələri ilə dünya təcrübəsi və nümunələri, Seequentproqram həlləri ilə işləyərkən şirkətlərin göstəricilərinin yaxşılaşdırılması, dünya ölkələrində tətbiq olunan və işləyən Seequent tətbiqlərinə baxış, həmçinin yeni məhsullar, eləcə də Seequent vasitəsi ilə həll edilə bilən tapşırıqlar və idarə etmək üçün müasir yanaşma və texnologiyalar üzrə təqdimat aparılıb.

Tədbirin sonunda iştirakçılar sertifikatla təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: