Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.07.2023 09:45
  • A-
  • A
  • A+

Özbəkistanlı alimlər Fizika İnstitutunda elmi ezamiyyətdədirlər

Özbəkistanlı alimlər Fizika İnstitutunda elmi ezamiyyətdədirlər

Özbəkistanlı alimlər, kimya üzrə fəlsəfə doktoru, dosent Xurşid Taşpulatov və aspirant Firdavsi Tursunov AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda elmi ezamiyyətdədirlər.

Ş.Raşidov adına Səmərqənd Dövlət Universitetinin əməkdaşları bir ay davam edəcək ezamiyyət müddətində Yüksək gərginliklər fizikası və texnikası laboratoriyasının rəhbəri, fizika elmləri doktoru, dosent Təranə Nurubəylinin rəhbərliyi ilə neft və qaz yataqlarının geokimyəvi metodlarla  axtarışı və kəşfiyyatı istiqamətində birgə elmi tədqiqatlar aparacaqlar.

Qeyd edək ki, gerçəkləşdirilən elmi mübadilə Azərbaycan Milli Elmlər Akademiyası ilə  Özbəkistan Respublikası İnnovasiyanın İnkişafı Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində reallaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: