Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.07.2023 10:42
  • A-
  • A
  • A+

Botanika İnstitutunun əməkdaşları beynəlxalq sertifikata layiq görülüblər

Botanika İnstitutunun əməkdaşları beynəlxalq sertifikata layiq görülüblər

AR ETN Botanika İnstitutunun əməkdaşları - Etnobotanika şöbəsinin aparıcı elmi işçisi, dosent Elman Yusifov və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İsmayıl Cəfərli Çin Xalq Respublikasının Yunnan vilayətinin Kunminq şəhərində keçirilən beynəlxalq kurslarda iştirak ediblər.

Kurslar kəskin azalmış bitki populyasiyalarının (KABP), nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin effektiv mühafizəsinin prinsiplərinə, nadir növlərin toxum kolleksiyası texnologiyalarına, nəsli kəsilməkdə olan növlərin toxuma kulturaları vasitəsilə sürətli çoxaldılması və s. aktual mövzulara həsr edilib.

Sonda hər iki mütəxəssis beynəlxalq sertifikata layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: