Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

31.07.2023 14:02
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda iştirak edib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda iştirak edib

AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 3 saylı laboratoriyanın müdiri, k.e.d., professor Akif Əliyev Türkiyənin Muğla Sıtkı Koçman Universitetində keçirilən “7th International Symposium on Materials for Energy Storage & Conversion” adlı beynəlxalq simpoziumda iştirak edib.

Simpoziumda dünyanın müxtəlif ölkələrindən – ABŞ, Yaponiya, Almaniya, Bolqarıstan, Serbiya və s. alimlər iştirak ediblər. Burada hidrogen energetikasının problemlərinə həsr olunmuş 32 plenar və 100-dən artıq şifahi məruzə dinlənilib.

Sonda bu beynəlxalq tədbirin 2024-cü ildə Bakıda keçirilməsi qərara alınıb. 2025-ci ildə tədbirin yenidən Türkiyə, 2026-cı ildə isə Serbiyada keçiriləcəyi barədə anons verilib.

Qeyd edək ki, akademik Dilqəm Tağıyev və professor Akif Əliyev bu simpoziumun əsas Təşkilat Komitəsinin (Steering Committee) üzvləridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: