Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.08.2023 17:40
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Geologiya və Geofizika İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçiləri Təhminə Qarayeva, Zöhrab Novruzov, Aynur Zamanova və böyük elmi işçisi Günel Sadıqova Türkiyənin İstanbul şəhərində keçirilən "Dayanıqlı Elmlər və Texnologiyalar üzrə 6-cı Beynəlxalq Konfransda (ICSuSaT 2023)” iştirak ediblər.

Beynəlxalq konfrans 6 müxtəlif mövzuda geniş kateqoriyalar spektrində yeni nəticələr haqqında əsas məqamları əhatə edib. İştirakçılar plenar mühazirələrin təqdimatında, həm şifahi, həm də poster sessiyalarının təqdimatlarında iştirak etmək imkanı əldə ediblər.

Belə ki, Aynur Zamanova "Complex analysis of the geodynamic conditions of the Absheron-Balkhan oil and gas zone", Günel Sadıqova “Gravity field numerical analysis and depth structure of the South-Eastren Caucasus”, Zöhrab Novruzov "Magnification of the magnetic signal over the Oil Field of Pirallahi Island" və Təhminə Qarayeva "Biomagnetostratigraphy of paleogene rocks of the south-eastern part of the Greater Caucasus" mövzusunda çıxış edib.

Təqdim edilmiş nəticələr böyük marağa səbəb olub və müxtəlif ölkələrin alimləri ilə müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: