Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.08.2023 14:23
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda qapalı şəraitdə Aloe vera bitkisinin yetişdirilməsi, çoxaldılması və tibbdə istifadəsi öyrənilib

Dendrologiya İnstitutunda qapalı şəraitdə Aloe vera bitkisinin yetişdirilməsi, çoxaldılması və tibbdə istifadəsi öyrənilib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının aparıcı elmi işçisi a.e.ü.f.d, dosent Tofiq Sadiqov tərəfindən Aloe vera (əzvay) bitkisinin Abşeron şəraitində çoxaldılması, şirəsinin alınması və tibbdə istifadəsi öyrənilib.

“Möcüzəvi bitki” və “Təbii həkim” adlandırılan Aloe vera (əzvay) özündə bir çox faydalı keyfiyyətləri daşıyır. Zanbaqkimilər fəsiləsinin (Liliaceae) qiymətli dərman bitkilərindən olub isti və quru iqlimdə yetişir. Bitki təbii halda Afrikanın cənub-şərq hissəsində yarımsəhra yerlərdə yayılmışdır. Aloe vera Azərbaycanda istixana şəraitində 50-150 sm hündürlüyündə kol formalı çoxillik sukkulent bitkidir. Gövdəsi oduncaqlaşmış, yarpaqları qalın lətlidir, kənarları tikanlı dişlidir. Yarpağın uzunluğu 20-50sm, eni 2-3 sm, qalınlığı isə 3-15 mm-dir. Çiçəkləri qırmızıvə sarı rəngli olub salxım çiçək qrupuna yığılmışdır.

Ağacşəkilli əzvay (Aloe arborescens Mill.) işıqsevən bitkidir, nisbətən az işıqlanmış kölgəli yerlərdə zəif inkişaf edir. Bitkinin normal inkişafı üçün 20-25 C-dən yuxarı istilik, rütubətli hava, qızmar günəş şüaları lazımdır. Bitki şaxtaya davamsızdır, havanın tempraturu 0 C-dən aşağı olduqda yerüstü hissəsi məhv olur. Aloe bitkisi yüngül qumsal, qələvi xassəli (ph 9-10) torpaqlarda yaxşı bitir. Bitki çox ağır gilli və turş xassəli torpaqlarda isə pis inkişaf edir.

Aloenin tərkibində 2-3%-ə qədər aloe-emoden, orqanizm üçün zəruri olan 22 amin turşusundan 7-si, həmçinin monosaxaridlərdən qlükoza, fruktoza, polisaxaridlərdən sellülozaya təsadüf edilir.

Aloe bitkisi çox qədim zamanlardan qiymətli dərman bitkisi kimi istifadə olunur. Belə ki, müasir dövrdə aloedən hazırlanmış dərman preparatları qaraciyər, mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Bu bitkidən hazırlanmış quru ekstraktdan xroniki qəbizlikdə uzun müddət yataq rejimində olan xəstələrə işlətmə dərmanı kimi tətbiq olunur. Aloe şirəsi bakterisid təsirə malik olduğundan bir çox xəstəlik törədən mikroorqanizmlərə, o cümlədən stafilokoklara, streptokoklara, dizinteriya, qarın yatalağı törədicilərinə məhvedici təsir göstərir. Aloenin terapevtik və sağaldıcı xüsusiyyətləri 5000 ilə yaxındır ki, istifadə edilir.

Keçmiş SSR vaxtında aloe Azərbaycanda Maştağa, Buzovna, Bilgəh kəndlərinin ərazisində əkilib becərilmişdir. Sovetlər ittifaqı dağıldıqdan sonra respublikamızda da aloe plantasiyaları nəzarətsiz qalmış, onunla bağlı əczaçılıq müəssisələrinin fəaliyyəti dayandırılmışdır.

Müxtəlif xarici ölkələrdən idxal olunmuş aloe preparatlarının ölkəyə gətirilməsi iqtisadi cəhətdən baha başa gəldiyindən, qiymətli dərman bitkisi kimi aloenin əkin plantasiyalarında becərilməsi məqsədyönlüdür. Bunları nəzərə alaraq Dendrologiya İnstitutunun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasında aloe veranın qapalı şəraitdə əkilib becərilməsi ilə bağlı tədqiqat işləri aparılmışdır.

Aloe bitkisi isti rütubətli iqlim şəraiti tələb etdiyinə görə o istixanada əkilir. Məlumdur ki, bu bitkini həm toxum, həm də vegetativ üsulla yəni, gövdəciklər vasitəsilə çoxaltmaq olar. Lakin dünya təcrübəsi göstərir ki, aloe toxumlarından çıxmış cücərtilər çox gec böyüdüyündən onun vegetativ yolla çoxaldılması səmərəlidir. Bu məqalədə yanvar-fevral aylarında aloe kolunun aşağı hissəsindəki yarpaqların qoltuğundakı gövdəciklər qoparılır. İstixanada əkin sahəsi yumuşaldılır, daşdan-kəsəkdən təmizlənir, gübrələnir, suvarılır. Sonra aloedən qoparılmış gövdəciklər 60×40 sm əkinolmaqla torpaqda açılmış oyuqlarda əkilir. Bildiyimiz kimi, aloenin əsas məhsulu onun yarpaqlarıdır. Bu məqsədlə ərazisi 0,1 ha olan istixananın sahəsində 4000 ədəd aloe bitkisi əkilmişdir. (60×60 sm). Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, hər aloe kolundan bitkinin vegetasiya dövrünün birinci ilində 1 kq yarpaq məhsulu toplamaq mümkündür. Sonrakı illərdə isə aloenin yarpaqlarının məhsuldarlığı getdikcə çoxalır.

Aloenin vegetativ çoxaldılması üzrə aparılan çoxillik tədqiqatların son nəticələrinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, 1 ha əkin sahəsində 40 tona qədər yaş yarpaq məhsulu toplamaq mümkündür.

Aloenin 1 ha əkin sahəsindən yığılmış yarpaq məhsulundan isə 50%-ə qədər şirə almaq mümkündür. Apardığımız iqtisadi hesablamalar göstərir ki, aloenin 40 ton yarpaq məhsulundan 20 tona qədər şirə istehsal etmək mümkündür. Bizim apardığımız tədqiqatın  əsas məqsədi ekoloji təmiz məhsul istehsal olunmuş aloe şirəsinin satışını təşkil etməkdir. Belə ki, ilk dəfə olaraq Azərbaycanda aloe şirəsinin istehsalı və satışı üçün Texniki Şərt hazırlanıb (T.S. Az. 140155071.002-2016). Son dövrdə ölkəmizdə yeni dərman zavodları tikilməyə başlanmışdır. Həmin zavodların tikilməsi xammal ehtiyatlarına olan təlabatı artıracaq. Dərman sənayesində gedən bu inkişaf imkan verəcək ki, Səhiyyə Nazirliyinin sifarişinə əsasən bizim elmi tədqiqat institutumuz aloe məhsulunun və ölkəmizə lazım olan digər dərman bitkilərinin zavod tərəfindən qəbulu həyata keçirilsin. Apardığımız elmi tədqiqatlar sübut edir ki, bir hektardan alınmış 20 ton aloe şirəsi (50 ml-2 manatdan) 400.000 manat gəlir gətirir. Bizim təklif etdiyimiz aloe şirəsi həm ucuz, həm keyfiyyətli yerli məhsul kimi Azərbaycan Səhiyyə Nazirliyinin Aloe şirəsinə olan təlabatını ödəməklə yanaşı, Azərbaycan dövlətinin xarici bazardan asılılığını aradan qaldırmaqla daxili valyutanın Azərbaycandan kənara çıxmasının qarşısını alar və yeni iş yerlərinin yaranmasına kömək etməklə, dövlətimizə iqtisadi (1 ha 400000 manat gəlir) cəhətdən xeyli gəlir gətirər.

Aloe üz losyonunun istifadə qaydası

(Losyon ilə üzün dərisini gündə 3-5 dəfə silmək)

1. Aloe losyonu ultrabənövşəyi şüaları udur.

2. Aloe losyonu-yaranı qurudur və cismi sağaldır.

3. Xərçəngə qalib gəlir, gözləri açır.

4. Yağlı dərilər üçün ən uyğun təbii resept aloe veradan alınan lasyondur.

5. Aloe şirəsi xroniki və irinli proseslərdə, yanıqların, yaraların, çibanları və digər dərinin irinli xəstəliklərinin müalicəsində istifadə olunur. Aloe bitkisi müxtəlif xəstəliklərdə istifadə olunur. Farmaseptik sənaye bu bitkinin əsasında müxtəlif dərman preparatları, körpələr üçün olan müxtəlif kremlər hazırlayırlar. Bundan başqa aloenin tərkibində 2-3%-ə qədər aloe- emoden, orqanizm üçün zəruri olan 22 amin turşusundan 20-si, əvəzolunmaz 8 amin turşusundan 7si, həmçinin monosaxaridlərdən qlükoza, fruktoza, polisaxaridlərdən isə sellüloza vardır.

6. Qədim Misirlilərdə və digər sivilizasiyaların bir çox xalqlarında aloe sağlamlığı, gözəlliyi, cavanlılığı saxlamaq kimi xassələrinə görə yüksək qiymətləndirilirdi. Liqlinlər sayəsində aloe sudan 4 dəfə tez dərialtı qatlarına daxil olur. Dərinin dərinliklərinə nüfuz edən aloe vitaminlər, minerallar və aminturşuları daxil olmaqla yeni hüceyrələrin yaranması üçün incə materialı olan 75 qidalandırıcı komponenti nəqliyyat vasitəsi kimi daxilə daşıyır. Dəri hüceyrələrinin bərpa prossesini sürətləndirir, bununla da onu cavanlaşdırır. Aloe losyonu dərinin ölü hüceyrələrini bir-birinə yapışdıran maddəni həll edir və dərini təmizləyir. Aloe losyonunun tərkibində təbii nəmləndiricilər, hialuran turşusu vardır. O oksigenin toxumalara daxil olmasının qarşısını almadan dərini dərindən təmizləyir, bu isə sağlamlıq prosesi üçün olduqca vacibdir. Ona görədə aloe losyonu çapıqların və kəsiklərin ölçülərini təsirli şəkildə azaldır. Aloe losyonu qələvi-turşuluq balansını eləcədə dərinin quruluq balansını bərpa edir. Eyni zamanda yağlılıq dərəcəsini və dərini zəhərdən təmizləyir.

7. Aloe(əzvay) güclü yara sağaldıcı təsirə malikdir. Tərkibində olan liqlinlər sayəsində aloe sudan 4 dəfə tez dərialtı qatlarına daxil olur, dəri hüceyrələrini bərpa prossesini sürətləndirir bununlada onu cavanlaşdırır. Bu xüsusiyyətinə gorə dəridə olan yaraları bu bitkinin köməyilə tez bir zamanda sağaltmaq mümkündür. Aloe yarpaqları, həmçinin yanıqların sağalmasını sürətləndiri, dərinin regenerasiya qabiliyyətini bərpa edir.

8. Hidroliz edən aloe losyonu dərini dərindən təmizləyir, tonlaşdırır və məsamələrin ölçüsünü kiçildir. Lasyon yağ və çirk qalıqlarını təmizləyərək dərini canlandırır, nəmləndirir və balanslaşdırma eləcədə elastiklik hissi bəxş edir. Üzdə qırışlar əmələ gəlməməsi üçün həftədə 2-3 dəfə aloe losyonu ilə isladılmış tənzifi üzə qoyurlar. Aloe vera üz üçün çox faydalıdır. Aloe losyonu ən gözəl təbii nəmləndiricidir. Üz dərinin dərinliklərinə nüfuz edərək dərini ph mühitinin sabit formasına səbəb olur. Aloe vera iltihab əleyhinə xüsusiyyəti ilə bədəndəki yaraları və həşərat sancmalarını yaxşılaşdırır.

9. Marketlərdə, apteklərdə bəzi sabun və losyonların saça qulluq vasitələrini çox hissəsinin tərkibində aloe olmasının əsl səbəbi tərkibindəki zəngin maddələrin saç və üz dərisinə çox gözəl təsir etməsidir.

10. Təbii antibakterial olan aloe vera losyonu eyni zamanda göbələk kimi dəri xəstəliklərinin müalicəsində də istifadə olunmaqdadır. Saç dərisində olan və kəpəyi artıran çoxlu miqdarda yağı azaltmaq üçün istifadə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: