Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.08.2023 13:56
  • A-
  • A
  • A+

Fizika İnstitutunda özbəkistanlı alimlərə sertifikatlar təqdim olunub

Fizika İnstitutunda özbəkistanlı alimlərə sertifikatlar təqdim olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov tərəfindən özbəkistanlı alimlərə sertifikatlar təqdim olunub.

Ş.Raşidov adına Səmərqənd Dövlət Universitetinin əməkdaşları, kimya üzrə fəlsəfə doktoru, dosent Xurşid Taşpulatov və aspirant Firdavsi Tursunov bir aylıq elmi tədqiqatlarını uğurla başa vurduqları üçün sertifikata layiq görülüblər.

Ezamiyyət müddətində özbəkistanlı alimlər Yüksək gərginliklər fizikası və texnikası laboratoriyasının müdiri, fizika elmləri doktoru, dosent Təranə Nurubəylinin rəhbərliyi ilə neft və qaz yataqlarının geokimyəvi metodlarla axtarışı və kəşfiyyatı istiqamətində təlimlər keçib və birgə elmi tədqiqatlar aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: