Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.08.2023 10:12
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun əməkdaşları Qəbələdə ekspedisiyada olublar

Zoologiya İnstitutunun əməkdaşları Qəbələdə ekspedisiyada olublar

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları laboratoriya müdiri b.ü.f.d., dos. Barat Əhmədov, aparıcı elmi işçi, b.ü.f.d. İlhamə Səfərova, kiçik elmi işçilər Rəfiqə Qazi, Fatimə Güləhmədzadə və Zinyət Şahverdiyeva, böyük laborant Ülkər Quliyeva  Qəbələ rayonunda yerləşən bir neçə arıçılıq təsərrüfatlarında olublar.

Daha öncədən Qəbələ rayonunun Məmmədağalı kəndində yerləşən arıçılıq təsərrüfatında aparılan təcrübənin yekun nəticələrini araşdırmaq məqsədilə yetkin bal arılarından və eləcə də arı məhsulu olan baldan nümunələr götürülərək laboratoriyaya gətirilib.

Tədqiqat zamanı arı nümunələrində təcrübə əsnasında tətbiq edilən antioksidantlığa malik təbii qida əlavələrinin daha öncə yeşiklərdə aşkar edilmiş arı xəstəliklərinə qarşı təsiri analiz ediləcək və eyni zamanda balın antioksidantlığı yoxlanılacaq.

Qeyd edək ki, molekulyar analizlər Türkiyənin Samsun şəhərində yerləşən laboratoriyada aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: